Demokratlar administrasiyası amerikalıları xaricdə “axmaq müharibələrə” göndərir.
Respublikaçılar partiyasının ABŞ-ın prezidenti postuna namizədi Donald Tramp bu barədə özünün sosial media hesabında yazıb.
“Onlar xalqımızı və pulumuzu axmaq xarici müharibələrə yönəldir”, - deyə Donald Tramp bildirib.
ABŞ-ın sabiq dövlət başçısı, həmçinin demokratların onun tərəfdarlarını irqçi, fanatik və faşist adlandırdığını və eyni zamanda, pul müqabilində “cinayətkarlar üçün sərhədləri açdıqlarını” vurğulayıb.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə demokratları ölkənin hazırkı vitse-prezidenti Kamala Harris, respublikaçıları isə Ağ evin sabiq rəhbəri Donald Tramp təmsil edəcək.
ZÜMRÜD