AZ

Boksçularımızdan dünya birinciliyində YENİ REKORD

Gənc boksçulardan ibarət Azərbaycan milli komandası tarixi uğura imza atıb.

Bizim.Media Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yığmamız Monteneqronun Budva şəhərində keçirilən dünya çempionatında fərqlənib.

Baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi millimizin 5 boksçusu mundialın yarımfinalına adlayıb. Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq) və Aynur Mikayılova (57 kq) 1/4 final mərhələsini qələbə ilə başa vurublar. Bununla da yığmamız yarışın 5 mükafatını təmin edib.

Bu nəticə Azərbaycan boks tarixində yeni rekorddur. Millimiz indiyədək gənclərin dünya birinciliyində heç vaxt bu qədər mükafat qazanmayıb.

Əvvəlki rekord 2004-cü ildə qeydə alınıb. 20 il əvvəl 4 boksçumuz yarımfinala adlayıb. Cənubi Koreyanın Jeju şəhərində baş tutan mundialda boksçularımızın qazancı 4 bürünc mükafat olub.

Aynur Mikayılova isə mundialda medal qazanacaq ilk azərbaycanlı qız boksçu olacaq. Bunadək heç bir idmançımız bunu bacarmayıb.

Bizim.Media

Seçilən
73
19
bizim.media

10Mənbələr