AZ

MM komitə sədri: Həlak olan minatəmizləyənlərə şəhid statusunun verilməsi barədə təkliflər müsbət qarşılanıb

Minatəmizləmə fəaliyyəti ilə məşğul olarkən həlak olanlara şəhid statusunun verilməsi ilə bağlı təkliflər müsbət qarşılanıb.

Apa xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev deyib.

Komitə sədri bildirib ki, lakin bu təklif “Minatəmizləmə fəaliyyəti haqqında” qanunun müzakirə mövzusu deyil: “Digər tərəfdən, münatəmizləyənlərə bəzi güzəşt və imtiyazların verilməsi də təklif olunmuşdu. Bu güzəşt və imtiyazların onlara verilməsi üçün müvafiq qanunlara dəyişiklik edilməsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılıb. Dediyim kimi, irəli sürülən təkliflərdə qeyd edilən güzəşt və imtiyazlar sahəvi qanunlarda öz müsbət həllini tapacaq”.

Seçilən
2
16
qaziler.az

10Mənbələr