Metropolitendə iki qadının 440 və 800 manat dəyərində mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Xəbəri DİN mətbuat xidməti yayıb.
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinənlər, əvvəllər də məhkum olunmuş N.Vəliyev və İ.Babayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ