Moldova millisinin UEFA Millətlər Liqasında keçirəcəyi son oyunlar üçün heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram da növbəti dəfə yığmağa çağırılıb.
O, Andorra və Cəbəllütariqlə görüşlərdə baş məşqçinin sərəncamında olacaq. Bu səbəbdən Avram noyabrın 11-dən 20-dək millinin düşərgəsində olacaq.
Moldova yığması noyabrın 16-da Andorra, üç gün sonra Cəbəllütariqlə üz-üzə gələcək.