AZ

Livanda bu günə qədər 100-dən çox tibb işçisi öldürüldü – BMT


Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bu il Livanda ən azı 102 tibb işçisi həlak olub, 83 tibb işçisi isə yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
Sənəddə göstərildiyi kimi, 2023-cü il oktyabrın 8-dən Livanda tibb müəssisələrinə ən azı 55, təcili yardım maşınlarına isə ən azı 27 hücum qeydə alınıb.
Qeyd edək ki, sentyabrın 23-də İsrail “Hizbullah” qüvvələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı təşkilatın Livan ərazisindəki hərbi hədəflərinə kütləvi hava zərbələri endirib.
Sentyabrın 27-də törədilən partlayışlardan biri nəticəsində Beyrutda “Hizbullah” lideri Həsən Nəsrullah öldürülüb. Təşkilat onun ölümünü təsdiqləyib və İsraillə qarşıdurmanı davam etdirəcəyinə söz verib.
Seçilən
20
yeniavaz.com

1Mənbələr