AZ

Ağadadaş Ağayev məhkəməyə gəlmədi, həbsi tələb edildi...

Image

Xalq artisti Ağadadaş Ağayevin iştirakı ilə baş vermiş nsidentlə bağlı məhkəmə prosesi başlayıb. Trend xəbər verir ki, müğənni balta atdığı "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilovla birgə mühakimə ediləcək.

Xalq artisti Ağadadaş Ağayev ilk məhkəmə iclasına gəlməyib. O, məhkəməyə səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyi ilə bağlı teleqram göndərib.

Xalq artistini iclasda vəkili Asim Abbasov təmsil edib. Vəkil prosesin təxirə salınmasını xahiş edib.

Zərərçəkmiş şəxsin vəkili Gülşən Salmanova isə Ağadadaş Ağayevin məhkəməyə gəlməməsinə etiraz edib. Onun barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edib.





Seçilən
4
23
baki-xeber.com

10Mənbələr