HƏMAS müvəqqəti atəşkəslə bağlı istənilən təklifi rədd edir və hərbi əməliyyatların daimi dayandırılmasını istəyir.
"Unikal" xəbər verir ki, bu barədə HƏMAS-ın yüksək rütbəli rəsmisi Taher əl-Nunu deyib.
"Müharibənin qısa müddətə dayandırılması və sonra hücumların bərpası üçün müvəqqəti atəşkəs təklifi bizim mövqeyimizi dəyişmir. HƏMAS müvəqqəti atəşkəs deyil, müharibənin daimi sona çatmasını dəstəkləyir", - o qeyd edib.
Əl-Nunu bildirib ki, HƏMAS indiyədək atəşkəslə bağlı heç bir təklif almayıb, lakin belə bir təklif alarsa, cavab verəcək.
Ağarza Elçinoğlu