AZ

Qadın idmançımıza yüksək vəzifə verildi

Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi edilib. Pravda.az AZƏRTAC-a istinadən bildirir ki, cənubi koreyalı çalışdırıcı Sun Mi Parkla yollar ayrılıb.

 

Artıq 52 yaşlı mütəxəssisin yerinə yeni təyinat da olub. Yığmaya rəhbərlik Azərbaycanın veteran taekvondoçusu Fəridə Əzizovaya tapşırılıb.

 

Qeyd edək ki, F.Əzizova İslam Həmrəylik Oyunlarının qalibi, dünya və Avropa çempionatlarının bürünc, I Avropa Oyunlarının gümüş mükafatçısıdır.

Tarix: 31 Oktyabr 2024, 17:40   
Seçilən
16
33
pravda.az

10Mənbələr