Podqoritsada təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə Monteneqronun müvafiq yaş qrupundan ibarət komandasına qalib gəlib.
Publika.az xəbər verir ki, U-18 rəqibini 2:1 hesabı ilə məğlub edib.
Millinin heyətində 5-ci dəqiqədə Emin Feyzullayev, 56-cı dəqiqədə isə Rəşad Alışov fərqlənib.