AZ

La Liqa: “Valensiya” - “Real” oyunu təxirə salındı

İspaniya La Liqasının 12-ci turu çərçivəsində keçirilməsi nəzərdə tutulmuş “Valensiya” – “Real” oyunu təxirə salınıb.

Arena.az bu barədə İspaniya La Liqasının rəsmi saytına istinadən məlumat verir.

Bundan başqa, “Vilyarreal” – “Rayo Valyekano” oyunu da əvvəlcədən nəzərdə tutulmuş tarixdə baş tutmayacaq.

Sözügedən oyunların təxirə salınmasının səbəbi İspaniyanın Valensiya əyalətini vurmuş gücü qasırğanın nəticələridir.

“Bu həftə sonu Valensiya əyalətində baş tutmalı olan La Liqanın 12-ci turunun oyunlarının təxirə salınması xahşinə cavab olaraq, La Liqa bu rica ilə bağlı müsbət qərar qəbul etdiyini açıqlayıb. “Vilyarreal” – “Rayo Valyekano” və “Valensiya” – “Real” oyunları başqa tarixlərdə baş tutacaq”, – İspaniya La Liqasının mətbuat xidməti bildirib.

Bundan əvvəl məlum olmuşdu ki, İspaniya Kral Futbol Federasiyası (RFEF) qasırğanın nəticələrinə görə İspaniya Kubokunun birinci mərhələsinin oktyabrın 31-də keçirilməli olan iki oyununu – “Parla Eskuela” – “Valensiya” və “Pontevedra” – “Levante” oyunlarını təxirə salıb.
Xatırladaq ki, Valensiya əyalətində baş vermiş güclü qasırğa bölgəyə ciddi ziyan vurub, onlarla insan həyatını itirib. Rəsmilər bölgədə matəm elan ediblər.

Həmçinin əlavə edək ki, İspaniya La Liqasının qarşıdakı tur oyunları, həmçinin İspaniya Kral Kubokunun növbəti mərəhlə oyunları, qasırğa qurbanlarının xatirəsini yad etmək məqsədilə bir dəqiqəlik sükutla başlayacaq.

Seçilən
11
arena.az

1Mənbələr