AZ

İstanbulun Pendik sahillərində gəmidə yanğın olub: İki dənizçi ölüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Mərmərə dənizində yük gəmisində baş verən yanğında mühərrik otağında olan iki nəfər həyatını itirib.
Oxu.Az bu barədə İHA-ya istinadən xəbər yayır.
Yalovadan Bolqarıstana hərəkət edən 104 metr uzunluğunda olan "FG SEVIL" adlı quru yük gəmisində Mərmərə dənizinin Sədəf adası sahillərində yanğın baş verib. Məlumat veriləndən sonra hadisə yerinə xilasedici qruplar göndərilib. Qrupların müdaxiləsi ilə yanğın nəzarət altına alınıb, gəmidə olan 17 heyət üzvü və 6 tərsanə işçisi təxliyə edilib. Gəminin mühərrik otağında olan Hüseyin Aydemir və Gökhan Kan həyatlarını itiriblər.
Seçilən
4
50
oxu.az

10Mənbələr