AZ

Özünü dövlət qurumunun əməkdaşı kimi tanıdan şəxs həbs edildi

Qadına qarşı dələduzluq edən şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunan 33 yaşlı Nurlan Əhmədov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs Lənkəran sakini olan bir nəfər qadına özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və müavinət düzəltmək adı ilə 1 025 manat pulunu ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Seçilən
125
11
publika.az

10Mənbələr