AZ

AFFA Adnan Əhmədzadənin yaratdığı kluba “barmaq silkələdi”

AFFA U-15 Liqasında çıxış edən "Asta"nın rəsmisi Rüstəm Əliyev 5 oyunluq cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna klub rəsmisinin oktyabrın 27-də baş tutan "Şamaxı" ilə oyunun 80-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılması səbəb olub.

Bundan başqa, sözügedən matç bitdikdən sonra “Asta"nın rəsmiləri və futbolçuları təhqiredici ifadələrdən və jestlərdən istifadə etdikləri üçün kluba ciddi xəbərdarlıq olunub.

“Asta”nı SOCAR-ın sabiq vitse-prezidenti Adnan Əhmədzadənin yaratmasını xatırladaq.

Seçilən
8
2
musavat.com

3Mənbələr