AZ

"Halal - P" işçi axtarır - MAAŞ 600-650 MANAT - VAKANSİYA

Halal - P

Mühasib-operator

Son tarix 01 dek 2024 - [email protected]

Vəzifə öhdəliyi:

  • Mühasibat uçotu haqda qanuna uyğun olaraq 1C proqramında əməliyyatların icrası;
  • Baş mühasibin rəhbərliyi altında vergi və mühasibat uçotunu aid sənədlərin tərtibi;
  • Təhtəl hesab və elektron qaimə-fakturalarının icrasını təmin edilməsi;
  • Bank və kassa əməliyyatlarının icrası; 
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanması və 1C daxil edilməsi;
  • Vəzifə təlimatı ilə müəyyən edilmiş digər işləri yerinə yetirmək.

Namizədə tələblər

  • Orta ixtisas və ya bakalavr təhsili (iqtisadiyat, maliyyə-mühasibatlıq ixtisası);
  • Mühasibatlıq, Əmək, Mülki və Vergi Məcəlləsinə aid baza biliyin olması;
  • MS excel-əla biliyi;
  • 1C, BTP, EVHF hesabatları bilməsi üstünlükdür.
  • Şəxsi keyfiyyətlərinə olan tələblər:
  • Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
  • Öyrənməyə açıq, zəhmətkeş, intizamlı, məsuliyyətli, adekvat, yaradıcı, məsələlərin həlinə məntiqi yanaşması olan.

İş şəraiti:

  • Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşmə;
  • İş rejimi: 5 günlük, saat 08:30-dan 17:30-dək
  • Əmək haqqı 600-850 AZN
  • İş yeri: Bakı ş. Azadlıq mt. yanı.

Digər tələblər:

  • Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz cv-lərini elektron poçtuna azərbaycan dilində (diqqət edin azərbaycan dilində) göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Seçilən
435
fed.az

1Mənbələr