“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Liqa kubokunun 1/8 finalında “Brayton” üzərində səfər qələbəsini (3:2) şərh edib.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Çətin idi. Bu meydana buyurduqda, bunun asan olmayacağını başa düşməlisiniz. “Qağayılar” öz oyun tərzinə malik yaxşı komandadır. Son illər onlar ancaq yeni oyunçular dəvət etməklə gücləniblər.
Amma oyunçularımın çıxışında gördüklərim isə xoşuma gəldi. Onlar əsas oyunçularla eyni üslubda oynadılar, ona görə də qarşıdakı həftələrdə heyəti təsis etmək mənim üçün daha çətin olacaq”, deyə Arne Slot vurğulayıb.
Xatırladaq ki, yarışın 1/4 finalında “Liverpul” səfərdə “Sauthempton”a “qonaq” olacaq. Oyun dekabrın 17-də baş tutacaq.