AZ

Blinken: Şimali Koreyanın 8 min hərbçisi Rusiyanın Kursk bölgəsindədir

Səkkiz minə yaxın Şimali Koreya hərbçisi Rusiya və Ukrayna sərhədində yerləşən Kursk bölgəsinə gəlib və yaxın günlərdə Ukrayna qüvvələri ilə döyüşməyə hazırdır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinken ABŞ və Cənubi Koreya arasında aparılan danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu hərbçilər Ukraynaya qarşı döyüş və ya dəstək əməliyyatlarında iştirak edərlərsə, qanuni hərbi hədəfə çevriləcəklər.

Seçilən
75
6
nocomment.az

10Mənbələr