AZ

Ovçu maralı, ayı isə ovçunu öldürdü

ABŞ-də maraqlı və faciəvi hadisə baş verib.NBC News-un yaydığı məlumata görə, Alyaska ştatında qonur ayı maralı vuran 50 yaşlı ovçu Ted Fujiokaya hücum edib.  

"Hadisə Sitka şəhəri yaxınlığında baş verib.  Alyaska İctimai Təhlükəsizlik Departamentinin sözçüsü Tim DeSpain bildirib ki, kişi marala atəş açıb, sonra isə gözlənilmədən yırtıcının hücumuna məruz qalıb.  Polis hesab edir ki, ovçu bir neçə heyvanın hücumuna məruz qala bilərdi, çünki maral cəmdəyi onları cəlb edib.Ərazi uzaq və ucqar yerdədir və orada çoxlu ayı var".

Ovçu ayının gözlənilməz hücumundan sağ çıxa bilməyib.  Kişini öldürən ayının axtarışları isə uğursuz olub.

Tural

Seçilən
20
news365.az

1Mənbələr