Bu gün gecədən başlayaraq, İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubunda - "Hizbullah"ın mərkəzi qərargahının yerləşdiyi Dahiyəyə intensiv hava zərbələri endirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi NNA xəbər agentliyi məlumat yayıb.
Agentlik yazıb ki, İsrail döyüş təyyarələri Dahiyənin Qubeyri, Kefaat, Seyid Hadi şossesi, Müctaba, köhnə hava limanı yolu, Tehvita əl-Qədir, Ruveys, Harik və Murayjih bölgələrinə hücumları davam etdirir: "Gecədən başlayaraq bu bölgədə onlarla bina dağılıb, nəticədə bir sıra bölgələrdə güclü yanğınlar başlayıb".
Tahir Şəlvəli
MİA.AZ