AZ

Ermənistanda COP17 konfransı keçiriləcək

Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına (COP17) ev sahibliyi edəcək.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Akop Simidyan sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, hazırda Kolumbiyada keçirilən COP16 konfransının iştirakçısı olan ölkələr 65 səslə tədbirin növbəti ev sahibi kimi Ermənistanı seçiblər.

Qeyd edək ki, COP16 konfransı oktyabrın 21-dən noyabrın 1-dək Kolumbiyanın Kali şəhərində keçirilir.

Seçilən
1
11
demokrat.az

10Mənbələr