AZ

Azərbaycan Yaşıl Maliyyə Taksonomiyasını COP29 zamanı açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) Yaşıl Maliyyə Taksonomiyasını noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı açıqlamağı planlaşdırır.

Bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib.

"Sənədlə bağlı son 2 həftədə məsləhətləşmələr aparılıb, taksonomiya 200-ə yaxın yerli və xarici ekspertlə, o cümlədən iki beynəlxalq təşkilatın nümayəndələri ilə müzakirə edilib ki, həmin qurumlar da 110 ölkəni əhatə edir. Hazırda onu hökumətə təqdim etməyə hazırlaşırıq. Deyə bilərik ki, razışalma əldə edilib", - deyə o qeyd edib.

Report

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
3
5
banco.az

6Mənbələr