Xəbər verdiyimiz kimi, Bakı bulvarında gəmi gəzintisi bərpa edilib.
Modern.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin məlumatına görə, gəzintinin qiymətlər gəmidə yerinə görə 5-10 manat arasında dəyişir.
6 yaşına qədər uşaqlar üçün isə gəmidə gəzinti pulsuz olacaq.
Gəmi gəzintinin müddəti 35-40 dəqiqə çəkir.
Bakı Bulvarında gəmi gəzintisi noyabrın 1-dən bərpa edilib. Bunun üçün "Mirvari" gəmisi bu gün suya buraxılıb.