AZ

Əli Məsimli əhalini narahat edən məsələdən danışdı-“Qaz limiti məsələsinə yenidən baxılsın”

“Dağ kəndlərinin üzləşdiyi problemlər qışda daha çox üzə çıxır. Məsələn, İlisuda qazlaşma ilə bağlı problemlər var. Onlar da soyuq olduqları üçün qazdan çox istifadə edirlər”.

XALQ.AZ məlumat verir ki , bunu millət vəkili Əli Məsimli parlamentin bu gün keçirilən iclasında deyib.

“Buna görə sakinlər qaz limiti məsələsinə yenidən baxılmağı xahiş edir. Dağ kəndlərində qaz limitlərinə yenidən baxılsın və Azərbaycanda elektirik və qaz limiti aradan qaldırılsın. Bu, ölkəyə maliyyə yükü olmaz. Bu, vətəndaş məmnunluğu yaradacaq”.

 

Seçilən
2
1
xalq.az

2Mənbələr