AZ

Cəzası azaldıldı, əmlakları üzərindən həbs qərarı götürüldü - Keçmiş icra başçı ilə bağlı qərar

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A. Məmmədovun cəzası bir il azaldılıb. Ona 10 il 6 ay cəza təyin olunub.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, sabiq icra başçısı 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmü ilə sabiq icra başçısının satılmış və dəyəri dövlət büdcəsinə vurulmuş ziyana yönəldilməsi ilə əlaqədar məhkəmə depozitinə köçürüldüyündən iki əmlakı üzərindən həbs qərarı götürülüb.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

Seçilən
97
50
azpolitika.info

10Mənbələr