AZ

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən, hər il 1 noyabr tarixi Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

Doğru.az xəbər verir ki, peşə bayramı münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra nazirliyin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüblər.

DOĞRU.AZ

image-17304492044583562352_1200x630 image-17304492042703123352_1200x630 image-17304492043317516412_1200x630 image-17304492046165316849_1200x630 image-1730449204390003493_1200x630 image-1730449204570236953_1200x630 image-17304492041455740267_1200x630 image-17304492044463336679_1200x630 image-17304492045823950236_1200x630 image-17304492042115117427_1200x630 image-1730449204579189649_1200x630 image-17304492042274144734_1200x630

Seçilən
28
3
dogru.az

4Mənbələr