“Mən universiteti bitirəndə təyinat verdilər ki, Ağsuya get. Niyə indi tibbi bitirənlərə təyinat verilmir ki, rayonlarda boş qalan ərazilərdə işləsinlər?”
Redaktor.az xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Millət deyib ki, belə olsa, xəstəxanalar boş qalmaz:
“Ona görə də məcburi qayda da təyinat verilməlidir. Müəyyən imtiyazlarla təbii ki. Belə olsa, xəstəxanalar boş qalmaz”.
Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova Aqil Abbas və Səyyad Salahlıya irad bildirib və deyib ki, həkim çatışmazlığını rəsmi sənədlərlə təqdim etsinlər:
"Aqil müəllim, dediklərinizin arxasında fakt yoxdur. Xahiş edirəm, rəsmi statistika təqdim edin. Səyyad müəllim də, siz də deyirsiniz ki, həkim yoxdur. Bunu rəsmi statistika ilə əsaslandırın”.
Türkan İSGƏNDƏRLİ