AZ

İcmadan Krista Pikkata şillə kimi CAVAB

Qərbi Azərbaycan İcması olaraq UNESCO-nun nümayəndəsi Krista Pikkatın Azərbaycan ərazisindəki mədəni abidələr ilə bağlı Ermənistanın iddiaları əsasında ölkəmizə missiya göndərilməsi məsələsi ilə bağlı ifadə etdikləri mövqeyi qınayırıq və rədd edirik.

Demokrat.az-ın məlumatına görə, bu fikirlər icmanın yaydığı bəyanatda öz əksini tapıb.

Qeyd oluub ki, UNESCO rəsmisinin vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması ilə bağlı UNESCO-nun müvafiq addımlar atması üçün dəfələrlə göndərilmiş müraciətlərin mahiyyəti üzrə cavabsız qalmasına aydınlıq gətirmək əvəzinə, Ermənistanın əsassız iddialarına yer verməsi qəbuledilməzdir.

Seçilən
9
6
demokrat.az

10Mənbələr