Bakı. Trend:
Milli Məclisin sədr müavini Rafael Hüseynov parlamentdəQanunvericilik dili və hüquq terminologiyası adlı şöbəyaradılmasını təklif edib.
Trend xəbər verir ki, o,bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında “Uşaqhüquqları haqqında” qanunda dəyişiklik layihəsinin ikinci oxunuşdamüzakirəsi zamanı deyib.
O qeyd edib ki, şöbədə hüquqşünaslar və dilçilər birləşəbilərlər:
“Çünki qanun layihələrinin dili çətindir və bunu insanlara dahaanlaşılan formada təqdim etmək vacibdir”.
Milli Məclisin sədri Sahibə Qafarova da deputatın sözləri ilərazılaşdığını söyləyib:
“Qanun layihələri bizə gəlmədən öncə linqvistik ekspertizadankeçirilir. Amma haqlı olaraq deputatlar da bu məsələdə bəziməqamlara toxunurlar. Hüquqşünasların dili çətindir. Qanunlayihəsini sadə dillə izah etmək lazımdır. Bununla razıyam”.