“Barselona” əsasən gənc oyunçularını qorumaq planlarını davam etdirir.
Klub rəhbərliyi Qavi ilə yeni müqavilə imzalamağa hazırlaşır. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi uzunmüddətli zədədən yenicə qurtulub. Kataloniya klubu öz yetirməsinə güvənərək onun üçün yeni müqavilə hazırlayır.
“Barselona”nın digər futbolçusu Pedri ilə də müqaviləni yeniləmək niyyətində olduğu bildirilir. Qeyd edək ki, hər iki futbolçunun müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta