AZ

"ABŞ Çin vasitəsilə Şimali Koreyanın Ukrayna savaşında iştirakının qarşısını almaq istəyir" - "The New York Times"

 
"Çin KXDR-in çoxdankı tərəfdaşı kimi bu ölkənin Rusiya ilə yaxınlaşmasından narazıdır..."
 
ABŞ hakimiyyəti Şimali Koreyaya təsir göstərərək öz qoşunlarını Rusiyanın Ukraynaya qarşı müharibəsində kömək üçün göndərilməsinə son qoymasını Pekindən xahiş edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
ABŞ hökuməti Çinin təcavüzkar Rusiyanın Şimali Koreya ilə təhlükəsizlik sahəsində sürətlə möhkəmlənən tərəfdaşlığından narahatlığını dəyərləndirib. Çin KXDR-in çoxdankı müttəfiqi və onun ən güclü iqtisadi və hərbi tərəfdaşıdır.
 
Lakin Rusiya ilə Şimali Koreya arasında əməkdaşlıq o deməkdir ki, Pekinə Pxenyanla Moskvaya təsirini getdicə daha çox bölmək lazım gəlir, nəşr yazıb. Bundan başqa, Şimali Koreyanın Ukraynanın işlərinə qarışması Avropanı Şərqi Asiyanın təhlükəsizlik məsələlərinə getdikcə daha çox cəlb edir ki, Çin də bunu istəmir, məqalədə deyilir.
 
ABŞ Dövlət Departamenti son günlər qoşunlarla bağlı məsələni birbaşa Çin rəsmiləri qarşısında qaldırıb.
 
Çinin hər halda KXDR rəhbəri Kim Çen Ina siqnal göndərəcəyinə və ya onu qoşun yerləşdirilməsini məhdudlaşdırmağa və ya dayandırmağa vadar etməyə cəhd göstərəcəyinə ümid var, məqalədə deyilir.
 
ABŞ rəsmi nümayəndəsinin sözlərinə görə, hələ bu məsələ üzə çıxmazdan öncə ABŞ Dövlət katibi Entoni Blinken KXDR-in Rusiya ilə tərəfdaşlığının möhkəmləndirilməsi barədə Çin xarici işlər naziri Van İ ilə görüşləri zamanı öz narahatlığını ifadə edib.
 
Oktyabrın 25-də "Financial Times" nəşri yazıb ki, Çin Rusiya ilə Şimali Koreya arasında əlaqələrin möhkəmləndirilməsindən narazıdır və bunun əlamətləri hələ Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsindən öncə üzə çıxıb.
Seçilən
62
22
moderator.az

10Mənbələr