İndiyə qədər ortaya çıxan sızmalar “iPhone 17” seriyasında kritik dəyişikliklərin olacağını göstərir.
İndex.az xəbər verir ki, ötən saatlarda “iPhone 17” və “17 Pro”nun daha bir xüsusiyyəti aydınlaşdı. “Apple”dən iki fərqli çip ilə gəlir.
Uzun müddətdir ki, “Apple”in öz 5G modemi və Wi-Fi 7 çipi üzərində işləməsi gündəmdədir. Təchizat zənciri analitiklərindən biri olan Ming-Chi Kuo, ən azı bir “iPhone 17” modelinin “Apple”in Wi-Fi 7 çipindən dəstək alacağını təsdiqlədi. Buna görə, Kuo deyir ki, “Apple”in 5G və Wi-Fi çipləri hazırda iki fərqli çip olaraq planlaşdırılır.
Bu çiplər 2025-ci ilin ikinci yarısından etibarən !iPhone 17” və digər cihazlarda eyni vaxtda istifadə ediləcək. Deyə bilərik ki, bu, Wi-Fi, “Bluetooth”, GPS və 5G-ni birləşdirən tək çipin əvvəllər paylaşılan iddiasını hələlik etibarsız edir.
Bundan əlavə, Kuo, mart ayında buraxılması gözlənilən “iPhone SE 4” modelinin “Apple dizaynlı” 5G modemi ilə gələcəyini, lakin “Broadcom”un Wi-Fi çipini təmin etməyə davam edəcəyini söylədi.
Buna görə də, “iPhone SE 4” yalnız “Apple” dizaynlı 5G modemə sahib olacaq və “Broadcom” Wi-Fi çipi istifadə ediləcək. Onu əldən verənlər üçün, hazırda mövcud “iPhone 16” modelləri də “Broadcom” çipi ilə Wi-Fi 7-ni dəstəkləyir, lakin bəzi məhdudiyyətlərə malikdir.