AZ

İt milyonçu oldu

Sərvəti 100 milyon dollardan çox qiymətləndirilən hindistanlı sənayeçi Ratan Tata oktyabrın əvvəlində 86 yaşında vəfat edib.

Onun ölümündən sonra məlum olub ki, sərvətinin böyük hissəsi onun sevimli alman iti Tito, həmçinin eşikağası və baş köməkçisi Konar Subbiah və aşpaz Rajan Şouya miras qalacaq, “Daily Mail” xəbər verir.

Bundan əlavə, iş adamı vəsiyyətində ölümündən sonra ev heyvanına "məhdudsuz qayğı" göstərməyi əmr edib. Tatanın qardaş və bacıları əmlakın yalnız kiçik bir hissəsini alacaqlar.

Milyonçu həyatı boyu heyvanlara sevgi nümayiş etdirib. Evli deyildi və övladı yox idi.

Ratan Tata karyerasına indi “Tata Qrupu” kimi tanınan “TISCO” ailə biznesində başlayıb. Onun rəhbərliyi altında şirkət 100-dən çox şirkətdən ibarət qrupa çevrilib.

Almaz Həsənli

Seçilən
24
oxumeni.az

1Mənbələr