AZ

Dövlət Komitəsinin sədri Şirvan şəhər və Hacıqabul rayon sakinlərinin müraciətlərini dinləyib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən noyabrın 1-də Hacıqabulda vətəndaşlarla görüş keçirib.

Komitədən "İki sahil"ə verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.

Sonra Şirvan şəhəri və Hacıqabul rayonu sakinlərinin müraciətləri dinlənilib.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında işlə təmin olunma, müalicə, təhsil imkanları, uşaq hüquqları və digər məsələlər yer alıb.

Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

Seçilən
30
1
ikisahil.az

2Mənbələr