AZ

Tiflisdən Qərbə rədd cavabı: “Sizi sevindirə bilməyəcəyik”

Gürcüstanın hakim partiyası “Gürcü Arzusu” ölkənin Avropa Birliyi və ABŞ-la münasibətlərinin pisləşməsinə səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanununu geri götürməyəcəklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib.

“Xeyr. Məmnun olmayacaqsınız, amma biz onu geri götürməyəcəyik”, - katib vurğulayıb.

Mdinaradze bunu “Rusiya qanunu” adlandıran Qərb rəsmilərinə də etiraz edib:

“Avropada bir çox siyasətçilər həmişə ənənəvi, mühafizəkar bir şey görəndə eyni şeyi edirlər. Bu, “mühafizəkar və rus” adlandırılan bir tendensiyadır. Bu tendensiya hələ də var, bəzən bunu ifrat həddə çatdırırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
30
1
teleqraf.com

2Mənbələr