Müğənni Xatirə İslam Azərbaycandan gedəcəyini açıqlayıb.
New24.az yenicag.az-a istinadla xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində bildirib.
Rusiyaya gedəcəyini bildirən Xatirə hələlik orada bir ay yaşayacağını deyib.
Qeyd edək ki, hələ bir neçə ay bundan öncə Xatirə Rusiyaya köçüb ailəsi ilə birgə orada yaşayacağını anons etmişdi. Belə ki, o bu addımı həyat yoldaşının Rusiyada restoran biznesinə başlaması ilə bağlı atacağını vurğulamışdı.