Noyabrın 1-də Bakıda - Dənizkənarı Milli Parkda “COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” adlı tədbir və yürüş keçirilib.
QHT.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı, Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə keçirilən marafonda 150-yə yaxın QHT-dən vətəndaş cəmiyyəti fəalları iştirak ediblər.
Çıxış edən COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, bir neçə gündən sonra qlobal tədbirə evsahibliyi edəcək Bakı dünyadan onminlərlə qonağı qəbul edəcək, Azərbaycan QHT-ləri də “Yaşıl Dünya Naminə Həmrəylik İli”ndə iqlim dəyişmələrinə qarşı mübarizədə yaşıl düşüncə əsaslı platforma ilə çıxış edir, dünyaya həmrəylik mesajı verir.