AZ

Türkiyə və Rusiya 2025-ci ilə qədər İstanbulda beynəlxalq qaz qovşağı yaradacaq

Türkiyənin energetika naziri Alparslan Bayraktar 2025-ci ildə qaz ticarət mərkəzinin açılacağını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “Milliyet” qəzetinə müsahibəsində danışıb.

“2025-ci ildə biz Bota və Qazprom ilə birgə İstanbul maliyyə mərkəzində ticarət platformasını idarə edəcək güclü bir infrastruktur yaradacağıq”, – deyə o vurğulayıb.

Bayraktar əlavə edib ki, Türkiyə tərəflərə anlaşma memorandumu göndərib. Bundan əlavə, onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana “Qazprom”a bu istiqamətdə göstəriş verəcəyini” təsdiqləyib.

Seçilən
37
24
nocomment.az

10Mənbələr