AZ

Macarıstanla Slovakiya Rusiya qazını Azərbaycan qazı ilə əvəz edir?

...Rusiya qazından asılı olan Avropa İttifaqı ölkələri onun Azərbaycan qazı ilə əvəzlənməsi barədə razılaşmaya yaxındırlar.

SİA-nın əldə etdiyi məlumata görə, Bloomberg danışıqlardan xəbərdar olan insanlara istinadən yazır.

Macarıstanın MVM şirkəti və Slovakiyanın Slovensky Plynarensky Priemysel şirkətləri Ukrayna vasitəsilə ildə 12-14 milyard kubmetr qazın tədarükünə dair müqavilələr imzalamağa hazırdırlar.

Ukraynanın dekabrda başa çatan müqaviləni uzatmaq niyyətində olmadığı “Qazprom” yanacağının əvəzinə bu kəmərlə Azərbaycan qazı keçəcək.

“SOCAR” dövlət şirkəti onu Sudjadakı qaz ölçmə məntəqəsinə (hazırda Kursk vilayətindəki bu sərhəd şəhəri Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir-A.B.) çatdıracaq və orada isə Macarıstan və Slovakiya şirkətlərinə gedəcək, onlar da onu öz ölkələrinə çatdıracaqlar.

...Kommersiya sazişinin qüvvəyə minməsi üçün Kiyevin siyasi qərarı tələb olunacaq, çünki Ukraynanın qaz nəqli sisteminin operatoru tranzit imkanlarını ehtiyatda saxlamalı olacaq.

Rusiya ilə Azərbaycan arasında mübadilə sazişi də zəruridir, çünki sonuncunun cari tədarükü əvəz etmək üçün kifayət qədər ixrac gücü yoxdur.

Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin tədqiqatçısı Anne-Sofi Korbeau hesab edir ki, axınların eyni həcmdə yönləndirilməsi “Rusiya qazının xalis ağartması” olacaq.

Amma Viktor Orbanın dövründə Macarıstan və bir il əvvəl hakimiyyətə gələn Robert Fikonun rəhbərliyi altında Slovakiya Avropa Komissiyasının çağırışlarına baxmayaraq, Rusiya ilə münasibətlərini qoruyub saxlayır və başqa tədarük mənbələri tapmaq üçün çox az səy göstəriblər.

Yerli OMV şirkəti bildirib ki, hələ də Rusiya qazını qəbul edən Avstriya şaxələndirilib. Rusiya idxalını dayandırsa belə, müştərilərini təmin edə biləcəyini söyləyib.

Əgər Rusiya qazının Azərbaycan qazı ilə əvəzlənməsi üzrə müqavilələr imzalansa, Ukrayna öz ərazisindən qaz tranziti üçün ödənişlər almağa davam edəcək ki, bu da son illərdə ildə 800 milyon dollar təşkil edib.

Qeyd edilməlidir ki, Serbiya da Rusiya qazını qismən Azərbaycan qazı ilə əvəz etməyi planlaşdırır. PrezidentAleksandr Vuçiç “Bloomberg” agentliyinə müsahibəsində bildirib ki, gələn həftə o, Azərbaycan lideri İlham Əliyevlə SOCAR-ın hansı həcmdə təmin edə biləcəyini müzakirə edəcək.

Bundan sonra Vuçiç Rusiya ilə yeni müqavilə üzrə danışıqlar aparmalı olacaq, çünki hazırkı müqavilənin müddəti 2025-ci ildə başa çatır.

...Bu, asan olmayacaq,” o etiraf etdi, lakin Bakıdakı danışıqlardan sonra “biz Rusiya ilə nə etmək lazım olduğunu anlayacağıq”.

Bunu serbiyalı prezident etiraf edib.

Yeri gəlmişkən, Serbiya tədarükləri fəal şəkildə şaxələndirir: SOCAR ilə əməkdaşlığa əlavə olaraq, Yunanıstandakı LNG terminalından aparan yeni boru kəməri açır.

Əli Babayev

Seçilən
75
12
sia.az

10Mənbələr