AZ

Faciəvi hadisədə13 nəfər öldü, matəm elan olundu

Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında stansiya binasının tavanın bir hissəsi çöküb.

 

Modern.az xəbər verir ki, hadisə Novı Sad-Subotiça yüksəksürətli dəmiryolu xəttinin tikintisi layihəsi çərçivəsində stansiya binasının təmiri ilə bağlı aparılan işlər çərçivəsində baş verib.

 

Əraziyə təcili tibbi yardım maşınları və mülki müdafiə qüvvələri cəlb olunub. Stansiyada qatarların hərəkəti dayandırılıb və başqa istiqamətə yönəldilib.

 

Qəza nəticəsində 13 nəfərin həlak olduğu, iki nəfərin isə dağıntılar altından sağ çıxarıldığı bildirilib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

 

Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.

 

Hadisədən sonra ölkədə matəm elan olunub.

Seçilən
5
4
modern.az

10Mənbələr