AZ

Britaniyada əfv olunan minlərlə məhbus yenidən həbsxanaya qayıdıb

Böyük Britaniyada vaxtından əvvəl əfv olunaraq azadlığa çıxan minlərlə məhbus azadlığa çıxdıqdan sonra törətdikləri cinayətlərə görə yenidən həbsxanaya qayıdırlar.

APA xəbər verir ki, bu barədə “The Times” qəzeti Ədliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Nazirliyin hesablamalarına görə, İngiltərə və Uelsdə əfv olunaraq azadlığa buraxılan 86 min məhbusun hər yeddi nəfərindən biri yenidən həbsxanaya düşüb.

Təkcə aprel-iyun aylarında həbsxanaya qaytarılan cinayətkarların sayı 44% artıb. Sentyabr-oktyabr aylarında Britaniya hakimiyyəti həbsxanalardakı ciddi sıxlıq səbəbilə həbs müddətinin 40%-ni çəkmiş 2800-dən çox məhbusu azad edib.

Qeyd edək ki, sentyabrın 6-da “The Daily Telegraph” həbsxanada yer çatışmazlığı səbəbilə Böyük Britaniya hökumətinin məhbusları Estoniyaya göndərməyi düşündüyünü yazmışdı.

Seçilən
29
apa.az

1Mənbələr