Milli Məclisin deputatı Rizvan Nəbiyev Asiya Parlament Assambleyasının (APA) Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin iclasında iştirak etmək üçün noyabrın 4-də Qətər Dövlətinin Doha şəhərinə səfər edəcək.
Modern.az-ın məlumatına görə, iclasda assambleyanın maliyyə və planlaşdırma məsələləri nəzərdən keçiriləcək, həmçinin bəzi təşkilati işlərə baxılacaq. Səfər noyabrın 7-də başa çatacaq
Asiya Parlament Assambleyasının əsası 2006-cı ildə qoyulub, 43 üzvü var.
Azərbaycan bu quruma 2024-cü ildən sədrlik edir.