AZ

“Qərb Gürcüstana muzdlular göndərib, çevriliş hazırlanır” – Dmitri Solonnikov

“Qərb qüvvələrinin Gürcüstanda radikal müxalifəti hakimiyyətə gətirmək planı hələ tam başa çatmayıb. Parlamentə daxil olan bir sıra müxalifət partiyaları artıq mandatlarından imtina etdiklərini bəyan ediblər. Gürcüstan prezidenti mitinqlər keçirir və insanları seçkinin nəticələrinə etiraz etmək üçün küçələrə çıxmağa çağırır. ABŞ və 13 Aİ ölkəsi “Gürcü Arzusu”nu hədələyir və seçkilər zamanı iddia edilən pozuntuları araşdıracaqlarını deyirlər”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov yerli KİV-ə müsahibəsində deyib.

O bildirib ki, əgər “Gürcü Arzusu”nun qələbəsi tam təsdiqlənərsə, kənardan müdaxilə və mümkün radikal təxribatlar, o cümlədən terror aktları ilə müşayiət olunan dağıdıcı etirazlar olmayacaq:
 

“Bu, Cənubi Qafqaz üçün yaxşı haldır. Məlumat var ki, seçkilərdən əvvəl Gürcüstana muzdlular, o cümlədən Gürcü Milli Legionu, SBU agentləri, təxribatçılar, qan tökmək tapşırığı alan şəxslər gətirilib. Çevriliş ssenarisini həyata keçirə biləcəklər, ya yox, bilinmir. Amma “Gürcü arzusu”nun qələbəsi region üçün daha böyük təhlükəsizlik və sülh proseslərinin mümkünlüyüdür.


Gürcüstan hakimiyyətinin bu qələbəsi Cənubi Qafqaz üçün taleyüklü məsələlərdə yeni səhifə açacaq. Təbii ki, “Gürcü arzusu”nun qələbəsi həm Rusiya, həm də Azərbaycanın xeyrinədir”.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazanıb.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
9
bizim.media

1Mənbələr