Afrika futbolunda qeyri-adi hadisə baş verib.
İdman.biz xəbər verir ki, bu, Kondo DR çempionatında yaşanıb.
“Mazembe” və “Panda” arasında görüşdə bütün qolları qapıçılar vurub. Meydan sahibləri 3:0 hesablı darmadağına görə qolkiperlərinə borclu olub.
“Mazembe” hesabı penalti ilə açıb. Bu zərbəni qapıçı Bazara Fati dəqiq yerinə yetirib.
Az sonra meydan sahibi çətin duruma düşüb. Heyətlə bağlı ciddi problemləri olan komandanın hücumçusu Con Bakata zədələnib. Baş məşqçi məcburiyyətdən onu ehtiyat qapıçı Süleyman Şaybu ilə əvəz edib.
O isə özünü əsl forvard kimi aparıb. Yeddi dəqiqəyə iki qol vuran nominal qapıçı dubl müəllifi kimi matçın oyunçusu mükafatına da sahib çıxıb.
Qeyd edək ki, 5 oyunda 8 xal toplayan “Mazembe” Liqa1-in A qrupunda 6-cı yerdə qərarlaşıb. 7 matçda 4 xal yığan “Panda” 11-cidir.
İdman.biz