Şimali Kiprdə təxminən 300 Azərbaycan vətəndaşı sosial təminatla çalışır.
“Far.Az” xəbər verir ki, bunu Şimali Kiprin əmək və əhalinin sosial müdafiə naziri Sadık Gardiyanoğlu Türkiyə KİV-ə müsahibəsində deyib.
Nazir bildirib ki, Şimali Kiprdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan ümumilikdə 10 mindən çox şəxs sosial təminatla işləyir:
"Böyük ehtimalla qarşıdakı aylarda Türk Dövlətləri arasında sosial sığorta məsələsi ilə bağlı yeni razılıqlar əldə olunacaq”.