"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Ferrari" pilotu Şarl Lekler 5000 avro cərimələnib.Manset.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidməti məlumat yayıb. Buna 27 yaşlı sürücünün Meksika Qran-prisi zamanı əsas yarışdan sonra keçirilən mətbuat konfransında nalayiq ifadələr işlətməsi səbəb olub.
O, növbəti 12 ay ərzində bunu yenidən təkrarlasa, daha 5000 avro ödəməli olacaq.