AZ

Gələn il Şuşa və Xankəndidə çövkən yarışları keçiriləcək

Yaxın gələcəkdə Qarabağda çövkən yarışları keçiriləcək.

Demokrat.az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) vitse-prezidenti Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəsmisi bildirib ki, artıq bununla bağlı Gənclər və İdman Nazirliyi ilə bir sıra danışıqlar aparılıb: “Düşünürəm ki, bu yarışlar 2025-ci ildə Şuşa və Xankəndi ərazilərində reallaşacaq".

Bakıda bu gün start götürən yorğa atların çempionatından da söz açan B.Nəbiyev 3-cü dəfə təşkil olunan yarışın ənənəvi olmasına çalışdıqlarını söyləyib. Onun sözlərinə görə, ARAF müasir atçılıq idman növləri ilə yanaşı, Azərbaycanın qədim atüstü oyunlarına da böyük diqqət ayırır: “Bu, Azərbaycanın qədim idman növlərindən biri hesab olunur. Bu yarışlar vasitəsilə Azərbaycanda milli atçılığın inkişafına öz töhfəmizi verməyə çalışırıq".

Seçilən
41
15
demokrat.az

10Mənbələr