AZ

"Ekzistensial təhlükə yaranarsa, İran nüvə doktrinasını dəyişəcək" - XAMENEİNİN MÜŞAVİRİ FOTO/VİDEO

Dünən İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi İsrailin hücumlarına cavab olaraq deyib ki, Tehran Təl-Əvivə uyğun vaxtda və lazımi şəkildə cavab verəcək.

"Azad İran" "Telegram" kanalı bu barədə "Əl-Məyadin"ə istinadən xəbər verib.

"İran üçün təhlükə yaranarsa, nüvə doktrinasında dəyişiklik hələ də mümkündür. Nüvə silahı istehsal etmək üçün texniki imkanlarımız var və bizi dayandıran yeganə maneə ölkənin ali rəhbərinin fətvasıdır", - deyə Xərrazi vurğulayıb.

O, İranın raket siyasətində dəyişikliklərə də toxunub.

 

Xameneinin müşaviri əlavə edib ki, İran raketlərin uçuş məsafəsini artırmaqla raket proqramını da genişləndirəcək.

 

Seçilən
13
8
korrespondent.az

8Mənbələr