"Real" qış transfer pəncərəsi üçün 4 mərkəz müdafiəçini hədəfləyib.
“İki sahil” xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. İspaniya klubunda müdafiə xəttində dərinliyin olmadığını qeyd ediblər və buna görə 4 mərkəz müdafiəçisini nəzərdən keçirirlər. Bunlar "Palmeyras"dan 18 yaşlı Vitor Reys, "Əl-Nəsr"dən 30 yaşlı Emerik Laport, "Bayer"dən 28 yaşlı Conatan Ta və "Leyptsiq"dən 21 yaşlı Kastello Lyukebadır.
Ətraflı
Qeyd edək ki, "Real" La Liqanın turnir cədvəlində 24 xalla 2-ci yerdədir. Liderlik isə 30 xalı olan "Barselona"dadır.