Bayden Administrasiyası İrana İsrailə yeni hücumdan çəkinməsini tövsiyə edib.
Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
"Biz İsraili cilovlaya bilməyəcəyik, növbəti hücumunun əvvəlki kimi dəqiq və məqsədyönlü olacağından əmin ola bilmərik," - deyə portal mənbədən sitat gətirib.
Xəbərdarlıq Vaşinqtondan Tehrana İsveçrə vasitəsilə çatdırılıb.
Musavat.com