AZ

İsrail “Hizbullah” komandirini ələ keçirib

İsrail dəniz qüvvələrinin bir qrup komandosu Livanın şimalında, İsrail sərhədindən 140 km aralıda “Hizbullah” hərəkatının komandirini ələ keçirib. 

Xezerxeber.az xəbər verir ki, bu barədə N12 telekanalı İsrail hərbçilərinin nümayəndəsinə istinadla məlumat yayıb.

Məlumata görə, əsir götürülən “Hizbullah” komandiri İsrailə dindirilmək üçün aparılıb.

Ynet portalı isə bildirib ki, İsrail Hərbi Dəniz Qüvvələrinin “Şayetet-13” əməliyyatı zamanı İmad Amhaz Livanın şimalındakı Batroun kəndində ələ keçirilib. “The Times of Israel” qəzetinin yazdığına görə, o, “Hizbullah” hərəkatının dəniz qüvvələrində aparıcı vəzifələrdən birini tutub.

Seçilən
1
1
xezerxeber.az

10Mənbələr